Son 5 ayda ilk dəfə: şəkilli sübut

3 Fevral 2015 14:59 (UTC+04:00)
Kubada son beş ayda ilk dəfə olaraq ölkənin sabiq lideri Fidel Kastronun fotoları yayılıb. Mövqe-nin çərşənbə axşamı Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 88 yaşlı F.Kastro şəkillərdə tələbə ilə söhbət edərkən görüntülənib.

Həmin tələbənin Kuba Tələbə İttifaqının rəhbəri olduğu bildirilir. 10 ədəd fotonun yanvarın 23-də çəkildiyi qeyd edilir.

Kuba inqilabının liderinin uzun müddət ictimaiyyət arasında görünməməsi onun ölməsi barədə şayiələrin yaranmasına səbəb olmuşdu.

Mövqe.Az