İran peyğəmbəri təhqir edən jurnaldan belə qisas alacaq

3 Fevral 2015 16:50 (UTC+04:00)

Peyğəmbəri təhqir edən "Charlie Hebdo"nun qisasını almaq üçün İranda qəribə yol tapıblar.


Movqe.az Avropa.info-a istinadən xəbər verir ki, Tehran şəhərində təşkil ediləcək karikatura müsabiqəsində yəhudi xalqının faciəsi Xolokost məsxərəyə qoyulacaq.


Müsabiqənin nəticələri 2015-ci ilin aprel ayında açıqlanacaq. Qalibin mükafatı isə 12 min dollardır.


Ən yaxşı karikatura əsərləri isə Tehran şəhərində yerləşən Fələstin Müasir İncəsənət muzeyində nümayiş etdiriləcək.