BMT-də gözlənilməz istefa

3 Fevral 2015 18:00 (UTC+04:00)

BMT-nin Qəzza sektorunda uzun müddətli münaqişəni araşdıran komissiyanın rəhbəri Vilyam Sçabas (William Schabas) istefa verib.

BMT-nin Qəzza sektorunda uzun müddətli münaqişəni araşdıran komissiyanın rəhbəri Vilyam Sçabas (William Schabas) istefa verib.

Movqe.az-ın məlumatına görə, istefaya səbəb İsrailin onu qərəzlilikdə təqsirləndirməsi olub.

İsrail höküməti kanadalı professorun təhqiqatı qərəzli apardığını bildirib.

Cənab Sçabas isə Fələstinin azad edilməsi üzrə təşkilata məsləhətlər verdiyini və təhqiqatı qərəzli aparmadığını deyib.

Professor Komissiyanı tərk edərkən İsrailin təhqiqatın nəticələrinə dair hesabatın yekun versiyasına dəyişiklik etməyəcəyini qeyd edib.