Ərdoğanla Putin görüşəcək

3 Fevral 2015 18:45 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.Movqe.az xəbər verir ki, bu barədə Türkiyənin Moskvadakı səfiri Ümid Yardım açıqlamasında deyib.

"Ötən il Türkiyədəki görüş yüksək səviyyədə keçirilimişdi. Bu il ərzində də analoji görüş baş tutacaq", - səfir jurnalistlərə açıqlamasında deyib.