Milli Televiziya və Radio Şurasının sədr
müavii Qafar Cəbiyev Xəzər telekanalının canlı
yayımında Zaur Kamalın aparıcısı olduğu "5-də 5" verilişində
səslənən qeyri etik ifadəyə münasbət bildirib. Movqe.az-a danışan
Q. Cəbiyev bildirib ki, bu nöqsan MTRŞ-nın monitorinq şöbəsi
tərəfindən qeydə alınıb: " Bu məsələ barədə məlumatımız var.
Əslində Xəzər telekanalı qanunvericiliyin tələbinə əməl edən bir
telekanaldır. Ötən dəfə manatın efirdə cırılması olayına da hamıdan
tez telekanal özü reaksiya verərərək ölçü götürdü. Biz bu dəfə də,
onların bu məsələ ilə bağlı reaksiyasını gözləyirik. Əlbəttə
efirdən qeyri-etik ifadənin səslənməsi düzgün deyil. Amma nəzərə
alın ki, bu ifadəni verilişin aparıcısı yox, kiçik səhnəsikdə qonaq
qismində iştirak edən xanım səsləndirib. Hər halda bu məsələ bizim
nəzarətimizdədir".
Xatırladaq ki, Zaur Kamalın aparıcısı olduğu "5-də 5"
verilişinin qonaqları olan müğənnilər -
Niyam Səlami və Səidə Sultan arasında baş verən dialoqda efir
etikasına zidd sözlər işləndilib.