“Saakaşvili Tiflisdə siyasi qiyam hazırlayır”

3 Fevral 2015 19:15 (UTC+04:00)

"Mixail Saakaşvilinin partiyasının çoxlu silahı var və onlar hökuməti devirmək istəyirlər".Movqe.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks-spikeri Nino Burcanadze çıxış edib. Onun sözlərinə görə, Saakaşvilinin ölkəyə qayıdacağı haqda bəyanat da bunu sübut etdir. Burcanadze belə halın olacağı təqdirdə hakimiyyətin bu cür destabilizasiyanın qarşısını ala bilməyəcəyini deyib.