Bakıda sərnişin avtobusu yandı

3 Fevral 2015 20:00 (UTC+04:00)

Bakıda sərnişin avtobusu yanıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Binəqədi rayonunda "TRANSQEY " MMC-yə məxsus "DAEVOO" markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd arxa oturacaq yanıb. Yüksək temperaturdan avtobusun içərisində olan plastik materiallar əriyib. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.