“Dropbox” “bulud” xidməti hakerlərin qurbanı olub
1 Avqust 2012 19:34 (UTC+04:00)
"Dropbox" "bulud" xidməti müştərilərinə spamın
göndərilməsi ilə bağlı vəziyyəti araşdırıb. Şirkətin
əməkdaşlarından birinin hesabının "qırılması"nın buna səbəb olduğu
ortaya çıxıb. Nəticədə hakerlər "Dropbox" poçt qutularının
verilənlər bazasına çıxış əldə ediblər.
Movqe.Az "vesti.ru" saytına istinadən
bildirir ki, şifrələrin kibercinayətkarların əllərinə keçməsi məlum
deyil. Həmçinin spamın göndərilməsi ilə bağlı olmayan az sayda
"Dropbox" hesabının "qırılması" elan edilib.
Məlumat üçün bildirək ki, Dryu Hyuston və Araş Ferdovski tərəfindən
yaradılmış "Dropbox" onlayn-xidməti 2007-ci ildə istifadəyə
verilib. Xidmət vasitəsilə faylları internet vasitəsilə saxlamaq və
sinxronlaşdırmaq, həmçinin digər istifadəçilərlə mübadilə etmək
mümkündür.