Neftin qiyməti "oynayır"

4 Fevral 2015 09:40 (UTC+04:00)

London və Nyu-York birjalarında neftin qiyməti ucuzlaşıb

Ötən günün kəskin bahalaşması, bu gün London və Nyu-York birjasında neft qiymətinin düşüşü ilə əvəz olunub.


Movqe.az-ın məlumatına görə, Londonun İCE birjasında "Brent" markalı neftin fyuçerslərinin qiyməti 0,42 dollar eniş yaşayıb.


Bununla da "Brent" markalı neftin bir barelinin qiyməti 57,49 dollar təşkil edib.


Nyu-York birjasında isə WTI markalı neftin fyuçerslərinin qiyməti 0,93 dollar enib.


Bununla da WTI markalı neftin bi barelinin qiyməti 52,12 dollar olub.


Qeyd edək ki, son günlər ABŞ-da neftçilərin tətili nəticəsində qiymətlərdə kəskin bahalaşma yaşanmışdı.