İrandan Azərbaycana gələn kişinin düz bağırsağından görün nə çıxdı

4 Fevral 2015 10:56 (UTC+04:00)
Gömrükçülər İrandan bağırsağında narkotik gətirən azərbaycanlını saxlayıb.Movqe.az-a Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Nurəddin Əsədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 109,642 qram olan narkotik vasitə - heroin aşkar olunub.