Şimali Koreya ABŞ-ı hədələdi

4 Fevral 2015 11:30 (UTC+04:00)

Şimali Koreya Dövlət müdafiə komitəsi ABŞ-la gələcək münasibətlər barədə bəyanat yayıb.

Movqe.az xəbər verir ki, bəyənat Koreya Mərkəzi Teleqraf Agentliyinin saytında dərc olunub.

Bəyanatda bildirilir ki. Şimali Koreya bundan sonra "vəhşi" siyasət yürüdən amerika rəhbərliyi ilə danışıqlar aparmayacaq və cavab zərbəsi endirmək üçün əlindən gələni edəcək.

Şimali Koreya hərbi idarəçiliyi lazım gələrsə ABŞ-la nüvə silahı və kiberhücumlar da daxil olmaqla, müharibə üçün ehtiyac duyulan unikal metodlardan, eləcə də çuçxe ideyalarına uyğun olan strategiya və taktikadan istifadə edərək "misilsiz müharibə" aparacaqlarını bildirib.

Şimali Koreyanın bəyanatına görə amerikalı imperialistlər özləri, son məğlubiyyətlərini yaxınlaşdırırlar.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya lideri Kim Çen In bildirmişdi ki, KXDR ABŞ-la nüvə qarşıdurmasına hazırdır. Bu sözləri o, dənizdən gələn hücumlara qarşı qorunma əməliyyatlarının hərbi təlimi zamanı bildirib.