Dünyadan iki qəribə xəbər-FOTO

4 Fevral 2015 11:45 (UTC+04:00)

Çilidə bir cütçü yaşadığı qəsəbədən kənar ərazidə nə olduğunu bilmədiyi iki "varlığın" cəsədini tapıb, İngiltərədə isə bir qadın aldığı balığ konservasının içindən çıxan şeyi gördükdə şok olub.

Movqe.az xəbər verir ki, Çilidə əkinçilik edən 54 yaşındakı Javier Prohens Monte Patria qəsəbəsindən kənar ərazidə iki heyvanın tələf olmuş cəsədlərini tapıb. Əvvəlcə ölü yarasalar olduğunu düşündüyü bu "varlıqları" daha yaxından araşdıran Prohens Orta Amerikada "Chupacabra" olaraq bilinən sirrli varlıqlar olduğuna qərar verib.

İngiltərədə Zoe Butler adlı 28 yaşındakı qadın marketdən aldığı konserva balığının içində nə tapacağını təxmin belə edə bilməzdi. Konservaları açan Butler balıqların arasında bir "cisim" görüb. Əlinə aldığı çəngəllə nə olduğunu öyrənmək istəyən Butler "cismin" bir dəniz canlısının balası olduğunu başa düşüb. Dəhşət içində qalan Butler canlı olduğunu söylədiyi bənövşəyi varlığın fotoşəkilini çəkdikdən sonra bunu paylaşıb.