Azərbaycanda universitetinin tələbələri üçün yenilik!

4 Fevral 2015 13:45 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri test imtahanlarına hazırlaşarkən sınaq imtahanı verə biləcəklər. Ali məktəbdən Movqe.az verilən məlumata görə, "Özünü sına" onlayn sınaq imtahanı portalı ölkə universitetləri arasında ilk dəfə ADİU-da tətbiq olunur. Bunun üçün istifadəçilər sinaqimtahani.net saytında qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanın nəticələri istifadəçinin şəxsi kabinetində saxlanılır. Portal bütün müasir platformalarda dəstəklənir. Layihə tələbələrin imtahanlara psixoloji hazırlanmasına da kömək edəcək. Tələbə, magistr və dinləyicilər üçün nəzərdə tutulan saytda ADİU-da Azərbaycan, rus və ingilis dilində tədris edilən bütün fənnlər (340-dan artıq) üzrə test bazası yerləşdirilib. Gələcəkdə isə buraya Azərbaycan mövzusunda imtahan proqramları, həmçinin xarici dil biliklərinin artırılmasına xidmət edən xüsusi proqramlar yüklənməsi nəzərdə tutulub. Qısa müddət ərzində portalda 14 mindən çox istifadəçi qeydiyyatdan keçib. Sınaq imtahanında 300 min dəfədən artıq iştirak qeydiyyata alınıb.

"Özünü sına" – ADİU-nun İnformatika və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəqan Çələbizadənin startap layihəsidir.