ABU üçün avstriyalı hakim

4 Fevral 2015 14:35 (UTC+04:00)

Qadın həndbolçular arasında "Çelenc Cup"ın 1/8 final mərhələsini idarə edəcək hakimlərin adlarına aydınlıq gəlib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ABU klubunun Serbiyanın "Knyaz Miloş" komandasına qarşı keçirəcəyi oyunu avstriyalı hakim idarə edəcək. Belə ki, fevralın 14-də və 15-da səfərdə təşkil olunacaq qarşılaşmalarda Denis Boliçlə Kristof Huriç hərəsi bir dəfə əsas hakim funksiyasını yerinə yetirəcəklər. Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.