Azərbaycan sivilizasiyalararası dialoq üçün gözəl məkandır

2 Avqust 2012 09:31 (UTC+04:00)

İrfan insanın inandığı dinin dərk yolu ilə qəbul etməsi onu yaşamasıdır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov "Şəms Təbrizidən Mövlanəyədək. İrfan xəzinəsindən Azərbaycan izləri" mövzusunda keçirilən elmi konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, islamda isə irfan elə islam dininin ilk günlərində olub. "Düzdür, o zaman buna xüsusi ad verməyə ehtiyac olmayıb. Çünki islamın ilk vaxtlarında islam təzyiq təqiblər altında inkişaf etdiyindən, insanlar islamı elə dərk yolu ilə qəbul edərək yaşayıblar. Ozaman insanları indikindən fərqli olaraq hər hansı şirnikləndirmə yolu ilə cəlb etmək mümkün deyildi", - Komitə sədri deyib.

E.İskəndərov bildirib ki, digər məktəblərdən fərqli olaraq, irfan təsəvvüfdə Allah ağıl, dərk yolu ilə qəbul edilir elə bu da ən yaxşısıdır.

İrfan təsəvvüf məktəbinin ən parlaq nümayəndəsinin Mövlanə Cəlaləddin Ruminin olduğunu qeyd edən İsgəndərov söyləyib ki, buşəxsin formalaşmasında yüksək məqama çatmasında Azərbaycan izini görmək mümkündür: "Mövlanədə ilahi eşq işığını yandıran elə böyük azərbaycanlı irfan sahibi Şəms Təbrizi olub". Təsəvvüf elminin Azərbaycanda hələ çox qədimdən yarandığını deyən İskəndərov bildirib ki, hələ XI əsrdə, hətta Ərəbidən qabaq yaşamış böyük təsəvvüf alimi olan Miyanəçi bu elmi əsaslı formada hazırlayıb onun inkişafına öz töhfəsini verib.

"Bundan əlavə olaraq Şimali Qafqazın azadlığı uğrunda mübarizə aparan Şeyx Şamilin mürşid müəllimləri Azərbaycandan olub", - odeyib.

Fikrini davam etdirən E.İskəndərov bildirib ki, bugünkü dünyada problemlərin həllində dialoq müstəsna rol oynayır. "Təsəvvüf elə dialoq deməkdir, insanla onu yaradan arasında, insanla insan arasında. Bugün sivilizasiyalararası münasibətlərin kəskinləşdiyi bir dövrdə səmimi dialoqa ehtiyac var. Düzdür, sivilizasiyalararası dialoqu təşkil etmək məqsədi ilə cəlbedici süni şüarlardan istifadə edilir bu da müsbət nəticə vermir. Amma səmimi dialoqun təşkili qarşılıqlı inam əsasında ola bilər. Necə ki, təsəvvüf elmində olduğu kimi. Azərbaycan dabu işdə öz töhfəsini verə bilər. Ona görə ki, Azərbaycan sivilizasiyalararası dialoq üçün gözəl məkandır bunun bir tarixi ənənəsi var", – komitə sədri vurğulayıb