"Barcelona" heç bir cinayət etməyib"

4 Fevral 2015 16:00 (UTC+04:00)

"Barcelona"nın prezidenti Xosep Bartomeu Neymarın transferi zamanı 2.8 milyon avro verginin büdcəyə ödənməməsi ilə bağlı məhkəmə prosesinə münasibət bildirib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, yerli telekanallardan birinə açıqlamasında Bartomeu kluba qarşı kampaniyada dolayı yolla "Real Madrid"i də ittiham edib.

"Ümumiyyətlə, nə baş verir? Vacib sual budur. Neymar həmin vaxt iki təklif almışdı - "Real"dan və "Barcelona"dan. O, mövsümün əvvəlindən yaxşı oynamağa başladı və birdən maliyyə barədə məsələ ortaya çıxdı. Bəlkə də onun yaxşı oyun göstərməsi kiminsə xoşuna gəlməyib. Neymar yenidən özünü yaxşı tərəfdən göstərir. İndi də məhkəmə prosesi....Bu işlərin arxasında "Real Madrid"in olmasını demək istəmirəm. Amma onlar da Neymarı transfer etmək istəyirdi. Ötən il biz "Camp Nou"da "Azadlıq konserti" təşkil etdik. "Barca" Kataloniya bayrağı altında çıxış edir. Ola bilsin, paytaxtda bunu bəyənmirlər. Burada idman və siyasi baxımdan ziddiyyət görürəm. Amma bu məsələni aydınlaşdırmaq üçün fəaliyyətimizə davam etməliyik. Mənim vəzifəm işin sonuna qədər getməkdir. "Barcelona" heç bir cinayət etməyib və etməyəcək də".