"Hummels "United"ə uyğun müdafiəçi deyil"

4 Fevral 2015 17:00 (UTC+04:00)

"Manchester United"in keçmiş futbolçusu Ouen Harqrivz klubun Mats Hummels transferini unutmalı olduğunu düşünür.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Harqrivz almaniyalı müdafiəçinin komandaya uyğun gəlmədiyini düşünür.

"Mats Hummels topla yaxşı rəftar etməyi bacaran mərkəz müdafiəçisidir. Amma Hummels müdafiədə yaxşı oynamır. Ləng futbolçudur. Məncə, "United"ə fiziki baxımdan daha güclü müdafiəçi lazımdır. O, Franz Bekkenbauerin yeni versiyasıdır. Əla ötürmələr verir. Amma "Manchester"in yerində olsaydım, Nemanya Vidiç və Vensan Kompani barədə düşünərdim. Hummels "Borrusia Dortmund"un kapitanıdır. Bu klub hazırda Bundesliqada son sıralarda gedir. Hummels "manikunianlar"a uyğun futbolçu deyil".