Azyaşlı qızı balıqlar yedi - FOTO

4 Fevral 2015 14:40 (UTC+04:00)

Nənəsinin evinə tətilə gedən 6 yaşlı qızcığaz balıqlara yem olub.

O, nənəsi ilə birlikdə çayda, kanoedə üzərkən qəflətən kanoe çevrilib və qız çaya düşüb.

Çayda yırtıcı piranya balıqlarının hücumuna məruz qalmış qızcığazı nənəsi çaydan çıxarmağı bacarsa da,çox gec olub.

Balıqlar artıq qızın ayaqlarını gəmirmişdilər.

Movqe.az xəbər verir ki,hadisə Braziliyanın Monte-Aleqri bölgəsindəki Rio-Maikuru şəhərinin yaxınlığında baş verib.

Qızı təcili yardım maşını ilə xəstəxanaya çatdırmağı bacarsalar da,həkimlər onu həyata geri qaytara bilməyiblər.

Nənə fəryad edərək "Nəvəmi tutmağa çalışdım,amma qayıqdan çaya düşdü. Sahilə çıxarılanda isə artıq nəvəmin ayaqları yox idi. Balıqlar onu gəmirmişdilər" deyib.