12 nəfər tutuldu

4 Fevral 2015 15:38 (UTC+04:00)

Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 72 cinayət faktı qeydə alınıb, onların da 35-i "isti izlər"lə açılıb.

Movqe.az bildirir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.