Bərzani: "İŞİD-i məğlub etmişik"

4 Fevral 2015 15:55 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərə qəzetinə açıqlama verən Məsud Bərzani İŞİD-i məğlub etdiklərini bildirib.

Bərzani 17 min km ərazini geri aldıqlarını bəyan edib. Bərzani Səddam Hüseynlə olan müharibədən daha çətin olduğuna rəğmən İŞİD-in məğlub olacağını bildirib.

Bərzani deyib: "İndiyə qədər 800 peşmərgə həlak olub. Onlardan 300-ü komandirlər idi. İŞİD-in itkisi isə 3 min nəfərdir. İtirdiklərimiz ağır gəlir, çünki bir millətin varlığı qorunur. Kürdüstan regionu böyük bir təhlükə ilə üz-üzədir. Ancaq İŞİD-i məğlub etmişik. Təxminən 17 min km ərazini geri almışıq".