Obama vədinə əməl etdi - Yeni sanksiyalar

4 Fevral 2015 16:23 (UTC+04:00)

"ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır".

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" Ağ Evdəki mənbəsinə istinadla məlumat yayıb.

Mənbə hazırkı sanksiyalar paketinin Rusiya iqtisadiyyatına ciddi zərbə vurmasına baxmayaraq, Kremlin mövqeyini dəyişmədiyini bildirib:

"Kreml Ukrayna məsələsində mövqeyini dəyişməyib. Bu səbəbdən ABŞ Rusiyaya qarşı yeni, bu dəfə biznes sanksiyalara hazırlaşır".

Qeyd edək ki, Barak Obama CNN-ə müsahibəsi zamanı Ukraynaya silah ötürülməsinə ehtiyac görmədiyini və öz məqsədinə yalnız diplomatik əlaqələr vasitəsilə çatacağını söyləmişdi.