İŞİD bu redaksiyanı hədəf seçdi

4 Fevral 2015 17:23 (UTC+04:00)

Belçikada "Het Laatste Nieuws" qəzetinin redaksiyasına radikal islamçılardan təhdid məktubu gəlib.

Movqe.az-ın məlumatına görə Ölkə.Az "TASS" agentliyinə istinadən xəbər verir ki, Belçikada holland dilində nəşr olunan "Het Laatste Nieuws" qəzetinin redaksiyasında çərşənbə axşamı islamçıların təhdid məktubu çatıb.


Bu barədə mətbuat orqanı məlumata yayaraq məktubun bəzi hissələrini təqdim edib. Anonim müəlliflər İŞİD terror təşkialtı ilə əlbir olduqlarını qeyd edib. Onlar xəbərdarlıq edib ki, Belçikada partlayıcı qurğul və avtomobillər yerləşdirilib. Məktubun müəllifləri Fransada təşkil edilən "Charlie Hebdo" hadisələrinin Belçikada baş verəcəyi ilə təhdid ediblər.


Yerli polis əməkdaşları baş verənlərə araşdırmağa başlayıb.


Qeyd edək ki, "Charlie Hebdo"ya 7 yanvarda təşkil edilən terror aktı nəticəsində 12 nəfər ölmüş, 10 nəfər yaralanmışdı.