ABŞ-da 12 əyalət fəlakət bölgəsi elan edildi

2 Avqust 2012 11:49 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerikanın Kənd Təsərrüfatı Nazirliyi 12 əyalətdə 218 vilayəti fəlakət bölgəsi elan edib. Quraqlığa görə həm qida, həm də benzinin qiymətləri artmağa davam edir.

Arkansas, Corciya, Iova, İllinois, İndiana, Kanzas, Mississippi, Nebraska, Oklahoma, Cənubi Dakota, Tennessee ilə Uyoming əyalətləri quraqlıqla mübarizə edir. Nəşr olunan bir hesabata görə, ölkədəki heyvan otlaqlarının dörddə üçündə yaşanan quraqlıq cütçüləri çox çətin vəziyyətdə buraxıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, soya paxla istehsalında quraqlıq səbəbiylə 37 faiz eniş yaşanıb. Bunun da 1988-ci ildən bu zamana qədər əldə edilən ən aşağı məhsul olduğu qeyd edilib.

Hesabatda, keçən ayın ilk həftələrində "pis" və "çox pis" kimi ifadə edilən qarğıdalı məhsuluun nisbətində bu ay 20 faizlik artım olduğu bildirilib. Keçdiyimiz ay qarğıdalı bitkisində "pis" və "çox pis" kimi ifadə edilən rəqəm 37 faiz idi, yeni hesabatda isə bu nisbətin 57 faiz olduğu elan edilib.