Səsi batanlar mütləq bunlara əməl etsin

4 Fevral 2015 22:00 (UTC+04:00)

İnsanın səsi fərqli səbəblərdən bata bilər. Bunun ciddiyə alınmamağı isə ciddi təhlükələrə yol açır.

Movqe.az ailem.az-a istinadən xəbər verir ki, insanlarla ünsiyyət qurmaq üçün səs çox vacibdir. Buna görə səsimizi hər cəhətdən qorumağa çalışmalıyıq. Çünki digər orqanlarımız kimi səsimiz də xəstələnə bilər.


Səsin pis istifadə edilməsi səs tellərinin iltihabı xəstəlikləri və qırtlaq xərçənginə səbəb ola bilər. Səs tellərində qanama, polip, şiş və sinir iflici problemləri ortaya çıxa bilər. Hətta qırtlaq xərçəngi olacağı təqdirdə səs telləri əməliyyatla götürülə bilər.


Ağciyərlər, nəfəs borusu, qırtlaq, boğaz, burun, dil, ağız, dodaq və dişlərdən təşkil olunan səs orqanları hər cür dəyişiklikdən təsirlənə bilər.


Buna görə də səs telləri və orqanlarını qorumaq lazımdır. Ailem.az bunun üçün vacib qaydaları təqdim edir.


Yuxu rejiminə diqqət edin. Normada yatın, yuxusuzluq və həddən çox stressdən uzaq durun.

Tez-tez və möhkəmdən öskürmək və boğaz təmizləməkdən uzaq durun.

Səsiniz çıxmırsa, özünüzü danışmağa məcbur etməyin.

Quru, tozlu, gurultulu yerlərdə danışmayın, mahnı ifa etməyin.

Bol su için.

Siqareti atın.

Boş mədəylə yatın. Yatağınızın baş tərəfini yüksəldin.

Həddən çox yağlı qidalardan çəkinin.

Həddən çox C vitamini qəbul etməyin.

Məcburiyyət olmadan aspirin və digər qan laxtaladan dərmanlar qəbul etməyin.

Məcbur olmadan psixoloji dərmanlar qəbul etməyin.

Eşitmə zəifliyiniz varsa müalicə elətdirin.

Hormonal dərmanlar qəbul etmədən əvvəl həkimlə məsləhətləşin. Çünki bu dərmanlar səsinizdə qalıcı qalınlaşmaya səbəb ola bilər.