İlham Əliyev yeni yaradılan fəvvarələr və şəlalələr kompleksində

4 Fevral 2015 18:30 (UTC+04:00)

Hacıbala Abutalıbov məlumat verdi.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Bakının Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub.

Movqe.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verdi.

Uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub.

Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək.

Fəvvarələr və şəlalələr kompleksində yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısı müvafiq tövsiyələrini verdi.