Ölkə qan içində: 209 ölü

4 Fevral 2015 18:54 (UTC+04:00)

Çad Respublikasının hərbçiləri ilə "Boko Haram" terror təşkilatının üzvləri arasında Nigeriya sərhədi yaxınlığında qanlı toqquşma baş verib.

Movqe.az xəbər verir ki, qarşıdurmalarda "Boko Haram" təşkilatının 200 üzvü öldürülüb.

Çad ordusunun isə 9 hərbçisi ölüb, 21-i yaralanıb. Xəbərdə həmçinin bildirilir ki, Nigeriyanın Gamboru şəhərində terror təşkilatına qarşı əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, "Boko Haram" Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. "Boko Haram" Nigeriyanın şimalı ilə yanaşı, qonşu Çad və Kamerun ərazilərində də xilafət yaratmaq niyyətində olduğunu bildirir. Təşkilat qonşu ölkələrə tez-tez hücumlar təşkil edir.