İrandan "soyqırım"la bağlı qalmaqallı addım

5 Fevral 2015 09:17 (UTC+04:00)

Qonşu ölkə qondarma "soyqırımı" iddialarını çürüdən kitab nəşr edib


İranda 1915-ci il qondarma "soyqırımı" iddialarını çürüdən kitab nəşr olunub.Movqe.az xəbər verir ki, Anspress-in "Ulusalkanal"a istinadən verdiyi məlumata görə, kitabın müəllifi Ermənistanın ilk baş naziri Ovanes Kaçazunidir.


Rəsmi İrəvanın itirməyə çalışdığı kitabı yenidən ortaya çıxaran araşdırmaçı-yazar Mehmet Perinçek nəşrin bölgədə sülhün bərqərar olunması baxımından mühim bir vasitə olacağını deyib.


Bildirilir ki, bir çox ölkədə yasaqlanan və topladılan kitab yox olmaq üzrə ikən M. Perinçek 2005-ci ildə kitabı Rusiya "Lenin" kitabxanasında aşkarlayaraq yenidən nəşrə hazırlayıb.


Qeyd edək ki, Kaçazuninin kitabı bu günə də işıq tutan əhəmiyyətli bir özünü tənqid əsəri hesab olunur.


Xatırladaq ki, Ovanes Kaçazuni 1918-ci ildə qurulan Ermənistan hökumətinin ilk baş naziri olub. O, 1867-ci ildə Axıskada doğulub və 1938-ci ildə Ermənistanda ölüb. Ovanes Kaçazuni 1923-cü ildə Buxarestdə Paris Konfransına bir hesabat təqdim edib. Bu hesabat böyük mübahisələr yaradaraq ermənilərin narazılığına səbəb olub. Hesabat Ermənistanda qadağan edilib.