Hadisədə iştirak etmiş 4 nəfər həbs edilib
Bakının mərkəzində gecə saatlarında kütləvi dava-dalaş olub.
Movqe.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 4-də saat 00.50 radələrində, 28 May küçəsində Bakı şəhər sakinləri, 1980-cı il təvəllüdlü Tehran Hacıyev və 1986-cı il təvəllüdlü Rəşad Mustafayev bıçaqlanıblar. Onlara xəsarət yetirməkdə şübhəli bilinən, Neftçala rayon sakinləri – 1993-cü il təvəllüdlü İlham Dadaşov, 1992-ci il təvəllüdlü Nurulla İsgəndərov, 1997-ci il təvəllüdlü Vüqar Soltanov və 1993-cü il təvəllüdlü Səmid Hüseynov Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq tutulublar.
Araşdırmalar davam etdirilir.