Lənkəran sakini intihar etdi

5 Fevral 2015 13:32 (UTC+04:00)

Lənkəranda intihar hadisəsi baş verib

Movqe.az xəbər verir ki, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Ləj kənd sakini, 1940-cı il təvəllüdlü Balaxan İsa oğlu Əlirzayev yaşadığı evdə özünü asıb. İntiharın başvermə səbəbləri hələlik məlum deyil.


Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.