Premyer Liqanın tarixində ən yaxşı futbolçu...

5 Fevral 2015 17:39 (UTC+04:00)

Azarkeşlər arasında keçirilən sorğuya görə Kriştianu Ronaldo Premyer Liqanın yeni tarixində (red.1992-ci ildən) ən yaxşı futbolçu seçilib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, səslərin 24%-ni toplayan postuqal ulduz Tierri Anri və Rayan Qiqqs kimi futbol əfsanələrini qabaqlayıb. "Liverpool"un kapianı Stiven Cerrard isə 6-cı pilləni tutub.

"Manchester United"də 6 il keçirən Ronaldo 292 matçda 118 qol vurub. O, "United"də UEFA Superkuboku istisna olmaqla klub miqyasında bütün titulları qazanıb.

Premyer Liqa tarixində ən yaxşı futbolçular:

1. Kriştianu Ronaldo - 24%

2. Tierri Anri - 18%

3. Rayan Qiqqs - 13%

4. Alan Şirer - 12%

5. Erik Kantona - 12%

6. Stiven Cerrard - 12%

7. Denis Berqkamp - 5%

8. Canfranko Zola - 3%

9. Roy Kin - 2%

10. Patrik Viera - 1%