İŞİD onların da başını kəsdi

5 Fevral 2015 17:48 (UTC+04:00)

İŞİD trrorçuları iordaniyalı pilotun diri-diri yandırılmasını qınayanları da edam etdi.

İŞİD trrorçuları iordaniyalı pilotun diri-diri yandırılmasını qınayanları da edam etdi.Movqe.az ANS PRESS-in məlumatına görə, terrorçular daha 4 nəfərin başını kəsiblər.

Bu barədə məlumatı İraqda İŞİD cinayətkarlarını araşdırma komitəsindən Məhəmməd Şevki Nedaşi deyib.

"Bizə çatan məlumata görə, İŞİD Mosulun Temmuz adlanan ərazisində "Facebook"da iordaniyalı pilotun öldürülməsinə etiraz edən 4 nəfəri edam edib".

O, terrorçuların hər gün Mosulda insanlığa sığmayan cinayətlər törətdiklərini deyib.

Onların Mosulda iki imamı da güllələdiyi deyilir. Abdullah əl-Fehad və Şeyx Eyub Abdulvahap adlı şəxslər olublar. İmamların cəsədləri Mosul Tibbi ekspertizasına aparılıb.