Seksual müğənni sevgilisindən ayrıldı

5 Fevral 2015 18:19 (UTC+04:00)

Dünyanın ən seksual müğənni və aktrisalarının siyahısında olan Nikol Şerzinger "Formula 1" çempionu sevgilisindən ayrılıb. Levis Hamiltonla müğənninin birlikdəliyi 7 il davam edib.

Movqe.az xəbər verir ki, iddialara görə, 36 yaşlı müğənni gənc sevgilisindən evlilik üstündə ayrılıb. Belə ki, cütlüyə yaxın mənbələr Hamiltonun evlilik fikrinə isti yanaşmadığını, bunun Nikolu əsəbləşdirdiyini deyiblər.


Hələlik cütlük bu ayrılıq xəbərləri barədə açıqlama verməyiblər. Onlar ən son yeniil gecəsində birlikdə görüntülənmişdilər.


Şerzinger ilə 30 yaşlı Hamilton 2007-ci ildə Almaniyanın Münhin şəhərində MTV Musiqi mükafatının təqdimatında yaxınlaşıblar.


Cütlük 2010, 2011 və 2013-cü illərdə ayrılsalar da sonradan yenidən barışıblar. Ötən həftə mətbuatda Hamiltonun 350 min funt sterlinq qiyməti olan üzüklə sevgilisinə evlənmək təklif etdiyi yazılmışdı. Amma yaxınları bu iddiaları təkzib edib.