"Təyyarəm düşəcək mi?" tətbiqi istifadəyə verilib!

6 Fevral 2015 09:00 (UTC+04:00)

Təyyarə qorxusu olan insanlardan və son günlərdə meydana gələn təyyarə qəzalarından yola çıxılaraq təyyarə qəzalarında ölmə ehtimalını hesablayan yeni bir tətbiq çıxarılıb.

Movqe.az xəbər veriri ki, "Am I Going Down?" (Düşürəmmi?) Adıyla satış bazarına buraxılan tətbiq, təyyarənin modelini, uçuş və eniş edəcəyi hava limanını, hava vəziyyətini və daha əvvəldən meydana gəlmiş qəzaların məlumatlarını əsas götürərək hazırlanıb.


İngilis Vanilla Pixel firması tərəfindən həyata keçirilən tətbiq, düzgün uçuş istatistiklərindən yola çıxaraq uçuşun riskini analiz edə bilir. 10 milyon fərqli uçuş marşrutunu özündə saxlayan proqram, 1 dollardan satışa çıxarılıb. Los Angeles-Hong Kong arasında bir Boeing 777 Cathay Pacific uçuşu nümunə götürüldüyündə, adamın ölmə ehtimalı 4 milyonda 68 olaraq hesablanıb.