Bakı metrosunda gərginlik

6 Fevral 2015 09:54 (UTC+04:00)
Movqe.az xəbər verir ki, bu gün səhər saatlarında Bakı metrosunda gərginlik yaşanıb. "Azadlıq prospekti" stansiyasında "Dərnəgül"dən "Həzi Aslanov" istiqamətinə hərəkət edən qatarın qapıları bağlanmayıb. Bu səbəbdən də, növbətçi bütün sərnişinləri düşürüb. Sərnişinlər arasında narazılıq yaranıb. Stansiyada sərnişin sıxlığı yaranıb. Məsələyə aydınlıq gətirən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, "Dərnəgül"-"Həzi Aslanov" xətti ilə hərəkət edən 25 saylı marşrutun qapılarında nasazlıq yaranıb.
sərnişinlər "Azadlıq prospekti" stansiyasında düşürdülüb qatar depoya göndərilib. "Gənclik" stansiyasında təlimatçı nasazlığı aradan qaldırıb və qatar normal hərəkətini bərpa edib.Qrafikdə gecikmə olmayıb.