WhatsAppdan Əsəbləşdirən 9 Qüsurlu Hərəkət.

6 Fevral 2015 10:20 (UTC+04:00)

Günümüzdə WhatsAppın insanların həyatında nə dərəcədə əhəmiyyətli olduğunu göstərəcəy olsam , "Mənə WhatsApp mesajlarını göstər , sənə kim olduğunu deyim" sözünü deyər və fikrimi tam ifadə etmiş olardım.Belə ki, artıq insanlar həyatlarını sosial şəbəkələrdə paylaşmaq üçün yaşayırlar və WhatsApp da bu sosial şəbəkələr sırasında heçdə arxa sıralarda yer almır.

Movqe.az xəbər verir ki, Günümüzdə ikitərəfli əlaqələrin imtina edilməz vasitəsinə çevrilən WhatsApp, gətirdiklərinin yanında apardıqları da həyatımızda olduqca əhəmiyyətli bir yer tutur . WhatsAppın yaratdığı imkanlar bizi müəyyən mənada rahatlıqla təmin etsə də, eyniylə əsəblərimizin pozulmasına səbəb olacaq bir neçə qüsur da bu imkanın hədiyyəsi olaraq həyatımıza daxil olur.

Budur WhatsAppda hər gün hamımızın yaşadığı , insanı insanlıqdan çıxaran 9 qüsurlu hərəkət ...

1. "Oxundu" yazılan mesaja cavabın gəlməməsi

2. Bir cümlənin bütöv şəkildə deyildə, ayrı-ayrı sözlər şəklində hissə-hissə göndərilməsi

3. Hərarətli söhbət zamanı iki dəqiqədən bir söhbətdən çıxılması

4. Sevgilinin "Mən yatıram" mesajından 2 saat sonra aktiv (online) görünməsi

5. Saatlarla "yazır" (typing) göstərilən həmsöhbətin mesajının nədənsə gəlib çıxmaması

6. Sön görünmə tarixinin (last seen today at) gizlədilməsi

7. Ailə üzvlərindən ibarət qrupun yaradılması(hələ bir də ana,ata varsa..)

8. Vacib mesaj gözlədiyin vaxt lazımsız birindən mesaj gəlməsi

9. Bir paraqraflıq mesajın sadəcə "OK" deyə cavablanması