Röya Sami Yusifi Bakıya gətirir

6 Fevral 2015 10:55 (UTC+04:00)
Məşhur müğənni Sami Yusif Bakının qonağı olacaq.

Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, o, müğənni Röya Ayxanın rəhbərlik etdiyi "Kevents Group" un təşkilatçılığı ilə konsert vermək üçün Azərbaycana gəlir.

Konsertin vaxtı və məkanı yaxın günlərdə açıqlanacaq.