Məscidin imamını döydülər

6 Fevral 2015 11:10 (UTC+04:00)

Rusiyanın Nalçik şəhərində iki naməlum şəxs "Mansur" məscidinin imamını döyüb.

Movqe.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə xəbər Kabardin-Balkar Respublikasının daxili işlər nazirliyinin saytında yer alıb.

"31 yanvar 2015-ci il tarixi saat 22-də Nalçik şəhərinin 2-ci "Tamanskaya Diviziya" küçəsində "Mansur" məscidinin imamı evinin qabağında 2 naməlum şəxs tərəfindən döyülüb"- deyə xəbərdə bildirilir.

Zərəçəkən bədənindan aldığı xəsarətlərə görə xəstəxanaya müraciət etməli olub. Döyülmə ilə bağlı cinayət işi açılıb.