Muğanbank plastik kartlarının sahiblərinə endirimlər!
6 Fevral 2015 12:57 (UTC+04:00)
Muğanbank-dan "Visa" və "MasterCard" plastik
kartlarına sahib olmaqla siz nəinki müasir ödəniş vasitələrinə
malik olursunuz, eyni zamanda müxtəlif mal və xidmətlərin alışı
zamanı əhəmiyyətli endirimlərdən faydalanmaq kimi əlavə üstünlüklər
əldə edirsiniz.
Müştərilərimiz üçün yeni təklif - www.garden.az
onlayn mağazasında alış-veriş zamanı ödənişi Muğanbankın "Visa" və
ya "MasterCard" plastik kartı ilə etdikdə aldığınız malın
qiymətinin 5-10% həcmində endirim əldə
edəcəksiniz!
Qeyd edək ki, "Muğanbank" ASC ilə aparıcı onlayn
gül mağazalarından biri olan, geniş çeşiddə gül və hədiyyələr
təklif edən Garden mağazasının birgə həyata keçirdikləri hazırkı
aksiya 01 fevral 2015-ci il tarixindən başlamış və
müddətsizdir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış
qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə
başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 6
şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər
növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir."Muğanbank"
ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma
və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC),
ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl
İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə
İslam Korporasiyası (ICD), The Green for Growth Fund (GGF),
Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq
iqtisadi qurumlarla əməkdaşlıq edir.
Muğanbank-ın xidmət və məhsulları haqqında ətraflı
məlumat almaq üçün bankın Məlumat Mərkəzinə +99412 564 35 11 zəng
edə və yawww.muganbank.az saytına,
həmçininhttps://www.facebook.com/pages/Muganbank/106864156005722…Facebook
səhifəsinə keçid ala bilərsiniz.