“Mossad”dan şok: “Avropada 10 terror aktı törədiləcək"

6 Fevral 2015 14:10 (UTC+04:00)

"İslamçı radikallar Avropada 10 terror aktı keçirməyə hazırlaşırlar".

Movqe.az xəbər verir ki, bu barədə informasiyanı İtaliyanın "İl Giornale" qəzeti yayıb.

Qəzet belə bir məlumatın artıq İsrail xüsusi xidmət orqanı olan "Mossad"da olduğunu bildirib:

"Mossad"ın göndərdiyi həyəcan siqnalı bizi hərəkət etməyə məcbur edir. İsrail kəşfiyyatı Avropaya yüzlərlə cihadçının keçdiyini və onların Avropa ölkələrində terror aktı törətmək istədiyini bildirir. İtaliya belə bir məqamda "Avropa cihadı"nın mərkəzində ola bilər. İŞİD döyüşçüləri artıq Fransa, Böyük Britaniya, Belçika, Niderland, İsveç, Danimarka və Almaniyanın ərazisində yerləşiblər. Cihadçılar çox zaman KİV nümayəndələri simasında saxta sənədlərlə gizlənirlər".

Qeyd edək ki, bu ilin yanvar ayında Fransanın "Şarli Hebdo" jurnalına hücum təşkil olunmuşdu. Nəticədə ondan çox şəxs həyatını itirmişdi.