Türkiyə 3 İl Sonra Eurovisiona Qayıdır..

6 Fevral 2015 15:45 (UTC+04:00)

Türkiyənin 1975-ci ildən bu yana qatıldığı Eurovision Mahnı Müsabiqəsindəki ədalətsiz səsvermə sistemi səbəbiylə TRT rəhbərliyi 2013-ci ildə müsabiqəyə qatılmama qərarı almışdı. Müsabiqəyə 2014 və 2015-ci illərdə də qatılmayan TRT rəhbərliyi ilə yarışmanın təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) arasında son dövrdə yeni danışıqlar aparılıb.


Movqe.az xəbər verir ki, TRT, səsvermə sistemindəki ədalətsizliyi tənqid edərək 2013-ci ildən bu yana qatılmama qərarı aldığı Eurovision Mahnı Müsabiqəsinə təşkilatçılıq edən EBU ilə aparılan danışıqların ardından 2016-ci ildə iştirak etmək qərarı alıb.


Köhnə TRT Müdürü İbrahim Şahinin dövründə EBU rəhbərliyinin Türkiyədən üzr istəməsinə baxmayaraq , tənqid olunan mövzularda hər hansı bir addımın atılmaması səbəbiylə pozulan əlaqələr yeni TRT Müdürü Şenol Gökanın dövründə aparılan danışıqlar nəticəsində bərpa olunub. Və nəticədə TRT rəhbərliyinin müsabiqəyə qatılmama səbəbi olan səsvermə sistemindəki ədalətsizliklə bağlı müsbət addımlar atılıb. Bu çərçivədə 2015-ci ildəki müraciət müddətinin keçmiş olması səbəbiylə TRT rəhbərliyi 2016-ci ildəki müsabiqəyə təkrar qatılma qərarı alıb.


Eurovisionda Türkiyə 2003-cü ildə Sərtap Erənərin "Everyway That I Can" adlı mahnısıyla birinci olmuşdu. 2014-cü ildə həyata keçirilən son Eurovision musiqi müsabiqəsində isə Avstriyalı transseksual müğənni Conchita Wurst birinci olub.