Güləşçilərimiz döşək üzərinə çıxacaqlar

6 Fevral 2015 15:45 (UTC+04:00)

Fevralın 7-dən 8-dək Olimpiya çempionu B.Qureviçin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə Beynəlxalq turnir təşkil olunacaq.Movqe.az Goal.az-a istinadən xəbər verir ki,Moskvada keçiriləcək yarışda yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləridə döşək üzərinə çıxacaqlar. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında 10 güləşçimiz qızıl medallar uğrunda mübarizə aparacaq. Elşad Məmmədov Zaur Nuriyev, Pərvin Abdullayev Xancavad Məcidzadə müvafiq olaraq 42 kq, 46 kq, 50 kq, 54 kq çəki dərəcələrində qurşaq tutacaqlar. Kamran Mirzəliyev və Kənan Cəfərov 58 kq çəkidə birinci olmağa çalışacaq. İbrahim Cəfərov 63 kq-da, Ülvi Qənizadə 69 kq-da, Aslan Məmmədov 76 kq-da və Camal Feyziyev 100 kq-da yer alıblar.