Mourinyo və Koştanı "Aston Villa"ya dəvət etdilər

6 Fevral 2015 16:30 (UTC+04:00)

Premyer Liqanın 24-cü turunda keçiriləcək "Aston Villa" - "Chelsea oyunundan öncə maraqlı hadisə baş verib. Birmingem klubunun azayaşlı fanatı Joze Mourinyoya məktub göndərərək portuqal məşqçini "Aston Villa"ya dəvət edib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 6 yaşlı Cud Brenson "Aston Villa"da müşahidə olunan uğursuzluğu aradan qaldırmaq üçün Mourinyo və Diyeqo Koştanı azarkeşlik etdiyi komandada görmək istədiyini yazıb.

Qeyd edək ki, Premyer Liqanın son 8 matçında qalib gələ bilməyən "Aston Villa" cəmi 1 qol vurduğu halda, qapsında 11 top görüb. Birmingem təmsilçisi son olaraq "Arsenal"a 0:5 hesabı ilə uduzub.