Köhnə maşınlar yığışdırılır?!

7 Fevral 2015 11:00 (UTC+04:00)

Ölkəmizdə keçiriləcək birinci Avropa Olimpiya Oyunları ilə əlaqədar hazırlıq işləri davam etdilir. Bu fonda yarışlarla bağıl müxtəlif maraqlı təkliflərə də rast gəlmək olar. Məsələn, yarış ərəfəsində paytaxtda köhnə, sınıq-salxaq maşınların hərəkətinə qadağa qoyulması təklif edilir. Xatırladaq ki, belə təkliflə millət vəkili Fərəc Quliyev çıxış edib. O təklif irəli sürüb ki, köhnə avtomobillər Bakıdan çıxarılsın və birinci Avropa Olimpiya Oyunları ərəfəsində rayonlardan paytaxta gələn maşınlara qadağa qoyulsun: "Ümumiyyətlə, həmin avtomobillərin yığışdırılması üçün sonrakı mərhələdə dövlət əvəzini ödəmklə həmin maşınları alaraq, əvəzində onlara ölkədə istehsal olunan avtomobillər verə bilər. Bu, avtomobil sənayesinin inkişafına, pulun xaricə axmasının, tıxacların və ekologiyanın çirklənməsinin qarşısının alınmasına müsbət təsir edəcək". Millət vəkilinin təklifi ekspertlər tərəfindən də bəyənilir.

Nəqliyyat məsələləri üzrə ekspert Seymur Yunusov hesab edir ki, belə halnı tətbiq edilməsi müsbət addım olardı: "Bu praktikanı "Eurovision" müsabiqəsi zamanı da müşahidə etmişik. Əvvəlcədən belə vəziyyət bəyan edilməlidir ki, vətəndaşlar planlarını qura bilsinlər. Vətəndaşlarımız da nəzərə almalıdır ki, bu, beynəlxalq əhəmiyyətli yarıışdır. Amma maşınların köhnə olmsını necə müəyyən ediləcəyi məsələsi maraqlıdır. Söhbət xarici görünüşü pis olan avtomobillərin şəhərə girişinin məhdudlaşdırılmasından gedə bilər. Burada bir amil var. Belə məhdudiyyətin tətbiq edilməsi insanlara mənəvi təsir edə bilər. Çünki, köhnə maşınları sürənlərin maddi imkanı buna yol verir. Odur ki, ilk növbədə bu problemin həllinin üzərinə gedilməlidir. Yəni, Azərbaycanda insanların yeni avtomobil alması üçün bir proqram olmalı və stimullaşdırılmalıdır. Bununla insanlar köhnə avtomobillərdən imtina edə bilərlər. Köhnə avtomobilin alıb, əvəzində güzəştli şərtlərlə yerli və ya xarici maşınlar verilə bilər. Bunun çox müsbət sosial nəticələri də olacaq. Qəzaların, yaralananların, ölümün sayı azalacaq. Çünki, qəzaların çoxunu, ölüm hadisələrini daha çox köhnə və Rusiya istehsalı olan maşınlar yaradır. Azərbaycanda il ərzində yol hadisələri zamanı 1500 nəfərə yaxın ölüm olursa, avtomobil parkı yenilənərsə, ölənlərin sayı 2 dəfəyə qədər azala bilər. Parkın yenilənməsi üçün də məsələn, texniki baxış zamanı qazın tullantısına görə yüksək vergi tətbiq oluna bilər. Yaxud da köhnə maşınlar güzəştli şərtlər yenisi ilə əvəzlənə bilər. Bunlardan başqa, yerli istehsalın həcmini artıraraq vətəndaşları yeni milli avtmobillərlə təmin etmək olar".

Nəqliyyat məsələləri üzrə digər ekspert Elməddin Muradlı da hesab edir ki, millət vəkilinin təklifi yaxşı fikirdir: "Dünyanın müxtəlif ölkələrindən gələn qonaqların qarşısına köhnə maşınlarla çıxmayacağıq. Bu, çoxdanın mövzudur. DYP isə həmişə deyir ki, nəqliyyat vasitəsi texniki baxışdan keçibsə, onun istismarını qadağan edə bilmərik. Amma hələ də ölkədə istismarda olan 1970-ci illərin maşını var. Bunların isə həm ekoloji, həm də texniki təhlükəsizlik problemləri var. Avtoparkın yenilənməsi üçün bir sıra təcrübələrdən istifadə edə bilərik. Məsələn, Rusiyada 1990-cı ilə qədər olan maşınları müyyən kompensasiya ödəmək şərti ilə hökumət özü alır. Əvəzində güzəştli kreditlərlə yeni yerli maşınlar verirlər. Yaxud da Türkiyə və İranda xaricdən gətirilmiş avtomobillərə yüksək aksiz vergisi tətbiq edildiyindən əhali məcburən yerli avtomobillər alırlar. Bu üsuldan biz də istifadə edə bilərik. Öz maşınlarımızın istehsalını və satışını artıra bilərik. İnsanlar məcbur edilmədən belə addımı atmağa meylli deyillər. Köhnə avtomobillərin ümumiyyətlə, yığışdırılması lazımdır. Çünki, köhnə maşınlar "tabut" deməkdir".

Elməddin Muradlı hesab edir ki, köhnə maşın dedikdə ona xarici görünüşə görə yanaşmaq olmaz: "Çünki, zahirən pis görünən yeni maşnlar çoxdur. Burada konkret illərə görə məhdudiyyət tətbiq edilə bilər".