"Evdə dava varsa uşağın tərbiyəsi sıfıra düşür"

6 Fevral 2015 19:30 (UTC+04:00)

Əməkdar artist Lalə Məmmədova qızına qadağalar qoyur.

Movqe.az-ın məlumatına görə, müğənni "Yeri gəlmişkən" verilişində onun hər arzusunu yerinə yetirmədiyini deyib:

"Övlad sülh içində böyüməlidir. Əgər evdə dava, söz-söhbət varsa uşağın tərbiyəsi sıfıra düşür. Mən övladımı ərköyün böyütmürəm. O, sadə, bəzək-düzəksiz məktəbdə oxuyur. Nərgiz məndən nəsə istəyəndə belə, onu başa salıram ki, sənin hansısa istəyinin arxasında ananın zəhməti durub. Mən işləyib, əziyyət çəkib pulu qazanır, onu alıram. Qızım Şaxta babadan "iPhone" istəyirdi. Ona başa saldım ki, sənə tezdir. Çünki dərs oxumalısan, böyüməlisən, böyüklərə hörmət etməlisən. Küçəyə çıxanda ona izah edirəm ki, qızım, sənin ananın cibində bu qədər pul var, ona uyğun davran. Uşaq vaxtı bu sənətə dişimlə-dırnağımla gəlmişəm. O vaxtlar deyirdim ki, valideynlərim evi satsın mənim sənətimə sərmayə qoysunlar. Amma indi deyirəm nə qədər cahil olmuşam. Elə əziyyətlə çalışmaq lazımdır".

Qeyd edək ki, Lalə Məmmədovanın Nərgiz və Çinarə adlı iki qızı var.