"Bu tarz benim"in yayımı dayandırıldı

7 Fevral 2015 13:07 (UTC+04:00)
Qalmaqallı "Bu tarz benim" moda yarışması yalnız TV 8-də yayımlanacaq.

Movqe.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, eyni ad, eyni formatda, ancaq fərqli kanallarda(Show TV və TV 8) yayımlanan moda yarışması barədə məhkəmə qərar verib.

Qərara görə, Show TV-də yayımlanan "Bu tarz benim" verilişi yayımını dayandıracaq. Eyni zamanda məhkəmə Show TV-yə bu addan istifadə etməyə icazə versə də, ancaq moda, geyim, trend və.s kimi formatda verilişin yayımından məhrum edib.

Qeyd edək ki, "Production House" "Bu tarz benim" moda yarışmasının yayımını Show TV-də yox, TV 8-də yayımlanmağa başlamışdı. Bu isə kanal rəhbərliyi tərəfindən normal qarşılanmamışdı.Bununla da, eyni ad və loqoda, fərqli kanallarda yarışma yayımlanmağa başlamışdı. Hər iki tərəf isə məhkəməyə müraicət etmişdi.