Neftdə rekord bahalaşma!
7 Fevral 2015 14:19 (UTC+04:00)
Neftin qiyməti iki həftə ərzində sürətlə rekord dərəcədə artıb.
Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, neftin qiymətinin
belə bir dinamika ilə artımı ilk dəfə 1998-ci ildə müşahidə
olunub.
Belə ki, ICE Futures London birjasında Brent markalı neftin bir
barrelinin qiyməti 1,58 dollar (2,79%) arataraq 58,15 dollara qədər
yüksəlib.
Bundan əvvəl isə dünya bazarlarında neftin bir barrelinin qiyməti
3% artıb. Son iki həftədə isə Brent markalı neftin bir barreli 18%
bahalaşıb. Belə bir tendensiya ilk dəfə 1998-ci ildə müşahidə
edilmişdi.
Qeyd edək ki, yanvarın 26-da OPEK rəhbəri Abdulla əl-Bədri bəyan
etmişdi ki, yaxın vaxtlarda neftin bir barrelinin qiyməti 200
dollar olacaq.
Əl-Bədrinin sözlərinə görə, neft bazarında özünü tənzimləmə
əlamətləri görünür. Çünki enerji şirkətləri xərcləri kəsərək,
sərmayələri azaldır. Bu isə istehsalın azalması ilə nəticələnir.
ABŞ-da fəaliyyət göstərən quyuların sayı nəzərəçarpacaq dərəcədə
azalıb.