Banklara külli miqdarda borcu olan müəllim özünü asdı

7 Fevral 2015 18:04 (UTC+04:00)
Ağcabədi rayonunda orta məktəb müəllimi özünü asıb.

Movqe.az-ın Milli.az-a istinadən verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında Ağcabədi şəhərinin Sərdar Bünyadov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlüRamil Ədil oğlu Ağayevin asılmış meyiti aşkar edilib. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.

Yaxınlarının verdiyi məlumata görə, Ramil Ağayevin banklara külli miqdarda kredit borcu varmış.

Qeyd edək ki, R.Ağayev rayonda yerləşən 8 saylı orta məktəbdə idman müəllimi işləyirmiş.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.