İstanbuldan Bakıya yeni aviareys

7 Fevral 2015 18:16 (UTC+04:00)
"Türk Hava Yolları" (THY) aviaşirkəti İstanbulun Səbiha Gökçen aeroportundan Bakıya reys açır.

Movqe.az Trend-ə istinadən verdiyi məlumata görə, aviaşirkət yeni reysin reallaşdırılmasına bu il martın 15-dən başlayacaq.

THY-nin təyyarələri adıçəkilən aerportdan Bakıya həftədə yeddi dəfə reyslər həyata keçirəcəklər.

THY-nin digər ölkələrə də yeni reyslər açmaq planları var.