Şirvanda iki maşın toqquşdu, yaralananlar var
7 Fevral 2015 19:09 (UTC+04:00)
Movqe.az APA-ya istinadən xəbər verir ki , Şirvan Şəhər Polis
Şöbəsindən verilən məlumatına görə, hadisə şəhərin 1 may
küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlüQuliyev Abas Sərxoş oğlunun
idarə etdiyi "Lada Priora" markalı 10 PS 852 dövlət nömrə nişanlı
avtomobil "Prado" markalı avtomobillə toqquşub. Nəticədə "Prado"
markalı avtomobildə olan 1964-cü il təvəllüdlüXudiyev
Mikayıl Məsləhət oğlu, "Lada Priora" markalı avtomobilin
sürücüsü və avtomobildə olan sərnişin, 1994-cü il
təvəllüdlüQarayev Elxan Azad oğlumüxtəlif
xəsarətlərlə Şirvan şəhər xəstəxanasına aparılıb. Onlar ambulator
yardım alındıqdan sonra evə buraxılıb. Avtomobillərə ciddi ziyan
dəyib.
Faktla bağlı Şirvan polis Şöbəsində araşdırma aparılır.