Pele Ekvatorial Qvineyaya yollanıb

7 Fevral 2015 21:10 (UTC+04:00)

Braziliya futbol tarixində özünəməxsus iz qoymuş Pele Afrik Millətlər Kubokunun finalını izləmək üçün Ekvatorial Qvineyaya təşrif buyuracaq.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "futbol kralı" turnirdə 3-cü yer uğrunda baş tutacaq oyunu və final qarşılaşmasını stadiondan izləmək fikrindədir.

"Ekvatorial Qvineyaya səyhətə çıxmışam. Afrikanı ziyarət etmək həmişə əladır. Bu qitə futbol istedadları ilə zəngindir" - Pele tvitter səhifəsində yazıb.